
Braziliyalı futbolçu “Əl-Hilal”ı vaxtından əvvəl tərk edə bilər
Malkom Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan ayrılmağa hazırlaşır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı hücumçu ilə klub rəhbərliyi arasında münasibətlər son zamanlar gərginləşib. Bu səbəbdən, tərəflər müqaviləni vaxtından əvvəl ləğv edə bilər.
28 yaşlı futbolçu 2023-cü ilin yayında “Əl-Hilal”a keçib. O, bu müddət ərzində 98 oyunda meydana çıxaraq, 37 qol və 31 məhsuldar ötürmə ilə yadda qalıb.
Malkomun hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin