
“İnter” braziliyalı müdafiəçini transfer edə bilər
“İnter” müdafiəçisi Denzel Dumfrisin mümkün gedişi halında onun yerinə alternativ tapıb.
Niderlandlı futbolçunun müqaviləsində bu ay ərzində 25 milyon avroya başqa kluba transfer olunmaq imkanı mövcuddur.
Komanda.az “FcInterNews”-a istinadən xəbər verir ki, Dumfris komandadan ayrılsa, Milan klubu “Fiorentina”nın müdafiəçisi Dodo ilə maraqlanacaq.
“Bənövşəyilər” braziliyalı futbolçunu buraxmaq istəmirlər və onunla yeni müqavilə üzrə danışıqlar aparırlar. Buna baxmayaraq, “İnter” transferi asanlaşdırmaq üçün “Fiorentina”nın maraqlandığı Sebastyano Espositonu razılaşmaya daxil etməyi düşünür.
Esposito “İnter”in yetirməsidir və son mövsümü icarə əsasında “Empoli”də keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



