Sonuncu yarımfinalçı “Real” oldu

ABŞ-da keçirilən klublararası dünya çempionatında 1/4 final mərhələsinə yekun vurulub.

Komanda.az xəbər verir ki, sonuncu yarımfinalçı “Real” (İspaniya) – “Borussiya” (Dortmund, Almaniya) matçında müəyyənləşib.

Madrid təmsilçisi rəqibini 3:2 hesabıyla məğlub edərək növbəti mərhələyə yüksəlib. İspaniya nəhənginin qollarını Qonsalo Qarsiya (10), Fran Qarsiya (20) və Kilian Mbappe (90+4) vurublar. Dortmund klubunun heyətində isə Maksimilian Bayer (90+3) və Seru Girassi (90+8-pen) fərqləniblər.

“Real” yarımfinalda Fransa çempionu PSJ ilə qarşılaşacaq. Digər yarımfinal görüşündə isə İngiltərə təmsilçisi “Çelsi” ilə Braziliyanın “Fluminense” komandası ilə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button