
Arteta Qyokereş üçün danışıqları sürətləndirməyi tələb edib
“Arsenal”ın baş məşqçisi Mikel Arteta klub rəhbərliyindən Lissabon “Sportinq”inin hücumçusu Viktor Qyokereşin transferi üçün danışıqları sürətləndirməyi tələb edib.
Komanda.az xəbər verir ki, bu barədə “Mirror” nəşri məlumat yayıb.
Bu transfer baş tutmasa, “topçular” diqqətlərini digər iki hücumçuya – “Leyptsiq”dən Benyamin Şeşko və “Aston Villa”dan Olli Uotkinsə yönəldəcəklər.
İsveçli forvardın Portuqaliya klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin ortalarına kimidir. Onun transfer dəyəri təxminən 75 milyon avro qiymətləndirilir.
Qyokereş son mövsümdə 52 oyunda iştirak edərək, 54 qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



