
UEFA-dan başsağlığı
UEFA sosial şəbəkədə “Liverpul”un və Portuqaliya millisinin hücumçusu Dioqo Jota ilə onun qardaşı, Portuqaliyanın “Penafiel” klubunun futbolçusu Andre Silvanın faciəli şəkildə həlak olması ilə bağlı başsağlığı verib.
Komanda.az xəbər verir ki, UEFA-nın sosial şəbəkədə yayımladığı açıqlamada deyilir:
“Avropa futbol ictimaiyyəti adından “Liverpul”un və Portuqaliya millisinin hücumçusu Dioqo Jota və onun qardaşı Andre Silvanın faciəli ölümü ilə bağlı dərindən kədərləndiyimizi bildiririk. Fikirlərimiz onların ailələri, dostları, komanda yoldaşları və bu dəhşətli itkini hiss edən hər kəslədir”.
Qardaşlar İspaniyada baş vermiş avtomobil qəzasında həyatlarını itiriblər. Jotanın 28, Silvanın isə 25 yaşı var idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



