
Qvardiola məyusdur
Pep Qvardiola “Mançester Siti”nin hazırkı heyəti ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, ispaniyalı çalışdırıcı “DAZN Football”-a verdiyi açıqlamada heyətin güclü olduğunu desə də, bəzi oyunçuların meydanda yer ala bilməməsinə görə narahat olduğunu bildirib:
“Yaxşı heyətimiz var, amma bəzi futbolçular üçün məyusam. Onları meydana buraxmaq istərdik, amma bu mümkün olmadı. Heyətimiz çox genişdir. Gözləyək, görək nə olacaq”.
“Mançester Siti” Səudiyyə Ərəbistanının “Əl-Hilal” kubuna 3:4 hesabı ilə (əlavə vaxtdan sonra) uduzaraq, Klublararası dünya çempionatının 1/8 final mərhələsində mübarizəni dayandırıb.
İngiltərə Premyer Liqasının yeni mövsümünün avqustun ortalarında başlanacağı gözlənilir. “Şəhərlilər” son mövsümdə turnir cədvəlini 3-cü pillədə başa vurmuşdu.
Bizi Facebook-da izləyin



