
“Liverpul” və “Çelsi” Malik üçün danışıqlara başlayıb
“Lion”un yarımmüdafiəçisi Malik Fofana İngiltərə Premyer Liqası klublarının maraq dairəsindədir.
Komanda.az “goal.com”-a istinadən xəbər verir ki, “Çelsi” və “Mançester Yunayted” belçikalı futbolçunu icarəyə götürmək və ya transfer etmək üçün danışıqlara başlayıb.
20 yaşlı Fofana son mövsümdə “Lion”un heyətində 41 oyunda iştirak edib, 11 qol vurub və 6 məhsuldar ötürmə verib. Onun klubu ilə hazırkı müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin