İngiltərəli futbolçu “Milan”dan ayrılıb

“Roma”nın hücumçusu Temmi Abraham icarə əsasında çıxış etdiyi “Milan”dan ayrılıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçunun İtaliya klubunda icarə müddəti bitib.

Abraham son mövsümdə “Milan”ın heyətində 45 matçda iştirak edib, 10 qol vurub və 7 məhsuldar ötürmə verib. 27 yaşlı forvard “Çelsi”nin yetirməsidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button