
“Karyeramda çoxlu yaxşı qapıçılar görmüşəm” – Sabiq futbolçu
İspaniyalı sabiq qolkiper Pepe Reyna öz nəslinin ən yaxşı qapıçılarının adlarını açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, əsas iki qolkiperdən danışıb:
“Çox güclü partnyorlarım var idi – Viktor Valdes və İker Kasilyas. Onlar digərlərindən fərqlənirdilər, klublarında və İspaniya millisində iz qoydular. Mən onların adlarını çəkərdim. Amma İspaniyadan kənarda çoxlu böyük qapıçılar var idi. Canluici Buffon, Petr Çex, Van der Sar. Karyeramda çoxlu yaxşı qapıçılar görmüşəm”.
42 yaşlı sabiq futbolçu 2024/2025 mövsümünün sonunda karyerasını başa vurub. Reynanın son klubu İtaliya “Komo”su olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin