
Flik iki mövqeyə futbolçu alınmasını istəyir
“Barselona” yay transfer pəncərəsində heyətini daha iki futbolçu ilə gücləndirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubunun baş məşqçisi Hans-Diter Flik komandada iki mövqeni gücləndirmək istəyir. Almaniyalı mütəxəssis yeni sağ cinah müdafiəçisi ilə yanaşı, mərkəz hücumçusu da alınmasını arzulayır.
Kataloniyalılar hazırda “Atletik”in vingeri Niko Uilyamsı transfer etmək üzərində işləyir. Klub daha əvvəl qapıçı Xuan Qarsiyanın transferini tamamlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



