
“Haqqımdakı xəbərlərin 99 faizi saxtadır” – Braziliyalı futbolçu
“Mançester Siti”nin qapıçısı Ederson onunla bağlı yayılan transfer şayiələrinə münasibət bildirib.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, braziliyalı qolkiper bütün bu xəbərlərin saxta olduğunu deyib:
“Gələcəyim buradadır. Bəzi dostlar mənə çoxlu xəbərlər göndərirlər, amma 99 faizi saxtadır. Mən sizi başa düşürəm, xəbər lazımdır ki, kimsə bəyənsin və ya tənqid etsin. Bütün bunları başa düşürəm, amma adımın ətrafında çoxlu saxtakarlıqlar var. Fikirlərim buradadır, onlar “Mançester Siti” ilədir. Mən Premyer Liqanın qalibi olmaq üçün yenidən mübarizə aparmaq istəyirəm”.
Ederson 2017-ci ildən “Mançester Siti”də çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



