Azərbaycan millisi Rusiya və Qazaxıstan komandalarını məğlub etdi

Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol millisi Qazaxıstanın Atırau şəhərində təşkil olunan “Airom Cup” beynəlxalq turnirində növbəti qələbələrini qazanıb.

Komanda.az xəbər verir ki, yığma üçüncü matçında Rusiyanın “MBU Volqoqrad” komandasına 67:38 hesabı ilə qalib gəlib.

Daha sonra Qazaxıstan təmsilçisi “Aul Sport”u 59:39 hesabı ilə üstələyən komanda turnirdəki dördüncü qələbəsini rəsmiləşdirib.

Milli daha əvvəl “Aul Sport” (72:32) və “Barsy Atrau” (78:43) komandalarını məğlub edib. Komanda növbəti matçlarını sabah keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button