
“Mançester Siti”nin ayrılmaq istədiyi futbolçuların adları açıqlanıb
“Mançester Siti”də heyət dəyişiklikləri davam edir. Klub artıq bir neçə yeni transferi rəsmiləşdirib və indi müdafiənin sağ cinahını gücləndirməyə çalışır. Paralel olaraq, bəzi oyunçularla yolların ayrılması gözlənilir.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, “şəhərlilər” yay transfer dönəmində ən azı üç futbolçunu satmağı planlaşdırır.
Klubdan ayrıla biləcək oyunçular arasında 35 yaşlı Kayl Uolker, 29 yaşlı Kelvin Fillips, 29 yaşlı Cek Qriliş və 22 yaşlı Ceyms Makketinin adları çəkilir.
Uolker və Fillips icarə müddətini başa vuraraq yayda yenidən komandaya dönüb.
“Mançester Siti” hazırda Klublararası dünya çempionatında “Yuventus”la qarşılaşmaya hazırlaşır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin