
“Arsenal”ın hədəfindədir – PSJ-nin futbolçusu
PSJ-nin vingeri Bredli Barkola karyerasını İngiltərə Premyer Liqasının top-klublarından birində davam etdirə bilər.
Komanda.az “Ekip”-ə istinadən xəbər verir ki, 22 yaşlı futbolçuya “Arsenal” ciddi şəkildə maraq göstərir.
Daha öncə Barkola ilə “Bayern” və “Liverpul” klublarının da maraqlandığı bildirilirdi.
Fransalı futbolçu 2024/25 mövsümündə PSJ ilə 60 oyunda iştirak edib, 21 qol vurub və 20 məhsuldar ötürmə ilə yadda qalıb. Onun bazar dəyəri 70 milyon avro qiymətləndirilir və hazırkı müqaviləsinin müddəti 2028-ci ilin ortalarına kimidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



