
Fati tezliklə Fransa klubuna keçəcək
“Barselona” və “Monako” Ansu Fatinin icarəsi ilə bağlı razılığa gəlmək üzrədir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər icarə müqaviləsinin detalları üzərində son razılaşmaları aparır.
Razılaşmada 12 milyon avro qarşılığında satınalma şərti və gələcək transferdən “Barselona” üçün yüksək faizli pay nəzərdə tutulub.
“Monako” bu həftə 22 yaşlı vingerin tibbi müayinəsini keçirməyi planlaşdırır.
İspaniyalı futbolçu 2024/25 mövsümündə La Liqada cəmi 6 oyunda iştirak edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin