Kristensen “Barselona”dan ayrılır

Andreas Kristensen yay transfer dönəmində “Barselona” ilə vidalaşmağa yaxınlaşır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər 29 yaşlı futbolçunun başqa kluba mümkün keçidini müzakirə edirlər.

Kristensen son mövsümdə “Barselona”nın heyətində 6 oyunda iştirak edib. O, mövsümün böyük hissəsini zədə səbəbindən buraxıb.

Danimarkalı müdafiəçinin “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin ortalarına kimidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button