Noyer: “Sane üçün darıxacam”

“Bayern”in qapıçısı Manuel Noyer Leroy Sanenin “Qalatasaray”a keçidi ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “Bayern&Germany”-ə istinadən xəbər verir ki, almaniyalı qolkiper Sanenin gedişinə görə çox üzüldüklərini söyləyib:

“Biz çox üzülürük, çünki vacib bir futbolçunu itirdik. Sane ilə bir komandada oynamaqdan zövq alırdım. Onun üçün darıxacam”.

29 yaşlı Sane 2020-ci ildən “Bayern”də çıxış edir. O, son mövsümdə bütün turnirlərdə 46 oyunda iştirak edib, 13 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button