“Bayern” 4 futbolçu arasında seçim edəcək

Niko Uilyamsın “Barselona”ya keçmək qərarı “Bayern”i hücum xəttini gücləndirmək üçün yeni alternativlər axtarmağa vadar edib.

Komanda.az “Kicker”-ə istinadən xəbər verir ki, Münhen təmsilçisi dörd futbolçu ilə maraqlanır. “Bayern” “Milan”dan Rafael Leaonu, Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Ceymi Bayno-Gittensi, “Brayton”un vingeri Kaoru Mitomanı və “Liverpul”un hücumçusu Kodi Qakponu transfer siyahısına daxil edib.

Hazırda “Bayern” Klublararası dünya çempionatında iştirak edir. Komanda baş məşqçi Vensan Kompaninin rəhbərliyində qrup mərhələsinin ilk iki turunda qələbə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button