
“Liverpul” yeni transfer üçün 40 milyon ödəyəcək
“Liverpul” “Bornmut”un müdafiəçisi Miloş Kerkezin transferi üçün razılıq əldə edib.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, transferin dəyəri təxminən 40 milyon funt sterlinq olacaq. Hazırda tərəflər sənədləşmə mərhələsinə keçiblər.
Macarıstan millisinin üzvü olan 21 yaşlı futbolçunun gələn həftə tibbi müayinədən keçəcəyi və “Liverpul”la 5 illik müqavilə imzalayacağı gözlənilir.
Kerkez son Premyer Liqa mövsümündə “Bornmut”un heyətində 38 oyuna çıxaraq, 2 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin