
İngiltərəyə getdi – “Arsenal” rəhbərliyi ilə görüşəcək
“Real Sosyedad”ın yarımmüdafiəçisi Martin Subimendi artıq Londondadır.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu yaxın günlərdə “Arsenal” rəhbərliyi ilə görüş keçirəcək. Görüş zamanı transferlə bağlı bütün detalların razılaşdırılması gözlənilir.
“Topçular” uzun müddətdir Subimendinin transferi üzərində çalışır. Onun müqaviləsində 60 milyon avro məbləğində sərbəstqalma bəndi yer alır. Bununla belə, daha öncə mətbuat ispaniyalı futbolçunun adını “Real”la da əlaqələndirirdi.
Subimendi 2024/25 mövsümündə “Real Sosyedad”ın heyətində 48 oyuna çıxaraq, 2 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin