Azərbaycan millisi beynəlxalq turnirə qələbə ilə başladı

14 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan millisi Qazaxıstanın Atrau şəhərində “Airom Cup” beynəlxalq turnirə qələbə ilə başlayıb.

Komanda.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Polad Həsənovun rəhbərlik etdiyi yığma ilə yanaşı, yarışda Qazaxıstanın “Ayrom”, Gürcüstanın “Kutaisi”, Rusiyanın “Devon” və “Axtuba” klub komandaları da mübarizə aparırlar.

Azərbaycan millisi ilk oyununda Qırğızıstanın “Edelveys” komandası ilə qarşılaşıb və rəqibinə 94-13 hesabı ilə qalib gəlib.

İyunun 22-dək davam edəcək turnirin qalibi dairəvi sistemlə keçirilən oyunlardan sonra məlum olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button