“Arsenal” Parti ilə anlaşa bilmir

“Arsenal” yaxın günlərdə əsas oyunçularından biri ilə vidalaşa bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “topçular” Tomas Parti ilə bir neçə dəfə danışıqlar aparsa da, tərəflər razılığa gələ bilməyib. Nəticədə, qanalı yarımmüdafiəçi artıq 1 iyuldan etibarən azad agent statusu qazana bilər.

Bildirilir ki, Parti artıq özünə yeni komanda axtarmağa başlayıb və onunla bir neçə klub maraqlanır.

32 yaşlı futbolçu “Arsenal”a 2020-ci ilin payızında “Atletiko”dan keçmişdi və beş mövsüm ərzində əsas heyətin üzvü olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button