
Tramp “Yuventus”un futbolçularına elə bir sual verdi ki…
ABŞ prezidenti Donald Tramp “Yuventus” komandasının üzvləri ilə Ağ Evdə görüşü zamanı ölkədə qanuni miqrasiya məsələsinə toxunub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, turinlilərin Klublararası dünya çempionatı öncəsi ABŞ-a səfəri çərçivəsində baş tutan görüşdə Tramp jurnalistlər qarşısında çıxış edib:
“İnsanlar ölkəyə qanuni şəkildə gəlməlidirlər. Mənim arxamdakı bu oğlanlar (“Yuventus”un futbolçuları) kimi. Qanuni gəlirlərsə, bizə lazımdırlar. Onlar Amerikaya sevgilərini ifadə etməlidirlər. Bunu edə bilmirlərsə, bizə lazım deyillər”.
Tramp bu sözləri deyərkən arxasında dayanan futbolçuları – amerikalı Ueston Makkennini və Timoti Veanı, serb hücumçu Duşan Vlahoviçi, həmçinin, italiyalı yarımmüdafiəçi Manuel Lokatellini göstərib.
Daha sonra o, komanda üzvlərinə zarafatyana sual ünvanlayıb:
“Qız oyunçu komandaya düşə bilərmi, uşaqlar?”
Bizi Facebook-da izləyin



