Ərəblər Neymara görə peşman deyil

“Əl-Hilal”ın rəhbərliyi braziliyalı futbolçu Neymarın yüksək məbləğə transfer olunmasından peşman deyil.

Komanda.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubunun baş direktoru Esteve Kalsada BBC-yə açıqlamasında bildirib:

“Ümumiyyətlə, heç bir peşmanlıq yoxdur. Əlbəttə, belə ciddi zədə alması üzücüdür. Amma bu səbəbdən onu tənqid etmək doğru deyil. Zədələrinin əksəriyyəti rəqiblərin topu kobudluqla almağa çalışmasından irəli gəlirdi. Neymarın komandada qısa müddət qalması belə, “Əl-Hilal”a faydalar gətirib”.

Neymar 2023-cü ildə PSJ-dən “Əl-Hilal”a 100 milyon avro (bonuslarla birlikdə) qarşılığında keçmişdi. Ancaq ağır zədə səbəbindən o, ilyarım ərzində cəmi 7 oyunda iştirak edə bildi. Nəticədə, tərəflər müqaviləni pozdular və Neymar 2025-ci ildə vətəninə geri döndü.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button