Laport keçmiş klubuna qayıda bilər

“Atletik” sabiq müdafiəçisi Emerik Laportun yenidən komandaya qaytarılmasını nəzərdən keçirir.

Komanda.az AS-a istinadən xəbər verir ki, bu transferin baş tutması ciddi maliyyə çətinlikləri ilə müşayiət olunur.

Fransalı futbolçu 2012-2018-ci illər arasında Bilbao təmsilçisinin formasını geyinib. Daha sonra o, “Mançester Siti”yə keçmiş və 2023-cü ildə Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna transfer olunmuşdu. Laport burada üç illik müqavilə imzalayıb. “Əl-Nəsr” onun transferi üçün təxminən 30 milyon avro ödəyib və illik maaşı isə 25 milyon avroya yaxındır ki, bu da Avropadakı əksər klublar üçün əlçatmaz göstəricidir.

“Əl-Nəsr” bu transferə yatırdığı vəsaitin heç olmasa bir hissəsini geri qaytarmaq niyyətindədir. Bu isə danışıqları bir qədər də çətinləşdirir.

“Atletik”in əsas ümidi isə Laportun Bilbaoya bağlılığıdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button