
“Barselona” yeni transfer üçün ödəniş edib
La Liqa rəhbərliyi “Espanyol”u məlumatlandırıb ki, “Barselona” onların qapıçısı Xuan Qarsiyanın transferi üçün ödənişi rəsmiləşdirib.
Daha əvvəl bildirilmişdi ki, kataloniyalılar “Espanyol”un qapıçısı üçün müqaviləsindəki 25 milyon avroluq təzminat məbləğini ödəyiblər.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, La Liqa rəsmilərinin təqdim etdiyi sənəddə “Barsa” valyuta indeksi nəzərə alınmaqla 26,3 milyon avro ödəmək üçün göstəriş verib.
Bundan əlavə, “Espanyol”un sahibi olan “Rastar Group” şirkəti bu transfer barədə bu gün rəsmi açıqlama yayıb.
Hazırda La Liqa rəhbərliyi transferi rəsmiləşdirmək üçün prosedurların düzgünlüyünü yoxlayır. Bu yoxlamadan sonra “Barselona” Qarsiyanın keçidini tamamilə rəsmiləşdirəcək. Hazırda məbləğ hələ “Espanyol”un hesabına keçməyib.
Məlumata görə, kataloniyalılar təzminatın ödənilməsi ilə bağlı göstərişi iyunun 13-də verib, ancaq həftəsonu səbəbilə La Liqa rəsmiləri bu prosesi təsdiqləyə bilməyib. Transferin bu gün və ya sabah təsdiqlənməsi gözlənilir.
Bizi Facebook-da izləyin