Spallettiyə 18 milyon avro maaşla 2 illik müqavilə təklif olunub

İtaliya millisinin sabiq baş məşqçisi Luçano Spalletti karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, “Əl-Nəsr” 66 yaşlı mütəxəssisə mövsümə 18 milyon avro olmaqla iki illik müqavilə təklif edib.

Hazırda Ər-Riyad təmsilçisini Stefano Pioli çalışdırır, ancaq onun tezliklə istefa verəcəyi gözlənilir.

Spalletti 2023-cü ilin sentyabrından bəri İtaliya yığmasına rəhbərlik edirdi. Onun İtaliya millisindən ayrılması iyunun 6-da Norveç yığması ilə keçirilən (0:3) dünya çempionatının seçmə mərhələ matçından dərhal sonra elan olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button