Almaniya millisinin AÇ-2020-nin iki oyunu üçün heyəti açıqlandı SİYAHI

AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da Hollandiya, sentyabrın 9-da isə Şimali İrlandiya yığmaları ilə qarşılaşacaq Almaniya millisinin bu matçlar üçün heyəti açıqlanıb.

Komanda.az xəbər verir ki, siyahıya 3 qapıçı, 7 müdafiəçi, 8 yarımmüdafiəçi və 3 hücumçu daxil edilib:

Qapıçılar: Bernd Leno (“Arsenal”), Manuel Noyer (“Bavariya”), Mark-Andre Ter Ştegen (“Barselona”);

Müdafiəçilər: Mattias Qinter (“Borussiya” M), Marsel Halstenberq, Lukas Klostermann (hər ikisi “Leyptsiq”), Niko Şultz (“Borussiya” D), Niklas Ştark (“Herta”), Niklas Süle (“Bavariya”), Conatan Ta (“Bayer”);

Yarımmüdafiəçilər: Yulian Brandt, Əmrə Can (“Yuventus”), İlkay Gündoğan (“Mançester Siti”), Kay Havertz (“Bayer”), Conas Hektor (“Köln”), Serj Qnabri, Yosua Kimmih, Leon Qoretzka (hamısı “Bavariya”);

Hücumçular: Marko Roys (“Borussiya” D), Luka Valdşmit (“Bayer”), Timo Verner (“Leyptsiq”).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button