
“Tottenhem” Qriliş üçün təklif göndərib
“Mançester Siti”nin vingeri Cek Qriliş karyerasını “Tottenhem”də davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu “şəhərlilər”in Klublararası dünya çempionatı üçün heyətində yer almayandan sonra “Tottenhem” onun üçün rəsmi təklif göndərib. “Everton”un da Qrilişin fəaliyyətində maraqlı olduğu bildirilib, lakin hücumçunun özü “Tottenhem”ə keçmək istəyir. Transfer qiyməti 46,8 milyon avro ola bilər.
29 yaşlı futbolçu son mövsümdə bütün turnirlərdə 32 matçda 3 qol vurub və 5 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin