
“Mançester Yunayted” Osimhenin qarşısında şərt qoyub
“Mançester Yunayted” “Napoli”nin hücumçusu Viktor Osimheni transfer etmək niyyətindədir.
Komanda.az “The United Stand”-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın rəhbərliyi artıq nigeriyalı futbolçuya müəyyən şərtlər irəli sürüb.
“Mançester Yunayted” transferin reallaşması üçün Osimhenin keçid istəyinin kifayət qədər güclü olduğunu görməlidir. Bundan əlavə, o, maaş tələblərini aşağı salmalıdır.
Osimhenin ötən yay “Çelsi”yə keçidi məhz yüksək maaş istəkləri səbəbindən baş tutmamışdı.
26 yaşlı forvard son mövsümdə icarə əsasında çıxış etdiyi “Qalatasaray”ın heyətində Türkiyə Super Liqasında 25 qola imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



