Vlahoviçin gələcəyi sual altındadır

“Yuventus”un hücumçusu Duşan Vlahoviç hələ gələcəyi ilə bağlı qərar verməyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, serbiyalı futbolçunun gələcəyi qeyri-müəyyən olaraq qalır. Forvard “Fənərbaxça”nın təklifini rədd edib və “Milan”ın yeni baş məşqçisi Massimiliano Alleqri ilə danışıqlar aparıb. Lakin Milan klubunun onun transfer qiymətini ödəyib-ödəyə bilməyəcəyi hələlik məlum deyil.

Vlahoviç son mövsümdə bütün turnirlərdə 41 oyun keçirib, 15 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button