Almaniya klubu Uilyams üçün danışıqlara başlayıb

“Bayern”in idman direktorları Maks Eberl və Kristof Fround “Atletik”in vingeri Niko Uilyamsın nümayəndələri ilə irəliləmiş danışıqlara başlayıblar.

Komanda.az xəbər verir ki, bu barədə “Sky Sport Germany” nəşri məlumat yayıb.

İspaniyalı futbolçu Münhen klubuna keçməyə qarşı olmasa da, “Atletik”lə müqaviləsinin müddətini uzatmağa da meyillidir. Buna baxmayaraq, onun agentləri mümkün transfer üçün “Bayern”ə illik təxminən 20 milyon avro (vergilər çıxılmadan) məvacib tələbi irəli sürüblər. Uilyamsın transfer dəyəri 60-65 milyon avro arasında qiymətləndirilir.

22 yaşlı futbolçu ilə daha öncə “Arsenal”ın və “Çelsi”nin də maraqlandığı bildirilib. Bundan əlavə, onun ötən yay “Barselona”ya keçidi də gündəmdə idi.

Uilyamsın “Atletik”lə hazırkı müqaviləsinin müddəti 2027-ci ilə qədərdir. O, klub karyerası ərzində 167 oyunda iştirak edib, 31 qol vurub və 30 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button