FİFA-nın Klublararası dünya çempionatı ilə bağlı yeni planı var

FİFA 2029-cu ildə keçiriləcək Klublararası dünya çempionatında iştirakçıların sayının 48 komandaya çatdırılması imkanını nəzərdən keçirmək üçün məsləhətləşmələr aparmağı planlaşdırır.

Komanda.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Bu ideya 2025-ci ildə turnirin uğurla baş tutacağı təqdirdə həyata keçirilə bilər. Turnirin hazırkı formatı Avropadan cəmi 12 klubun iştirakına imkan verdiyi üçün, bu məhdudiyyət qitənin aparıcı komandalarının iştirakını çətinləşdirir. İştirakçı sayının artırılması bu problemi həll etmək üçün potensial variantlardan biri kimi dəyərləndirilir.

“Barselona”, “Arsenal”, “Liverpul”, “Mançester Yunayted” və “Milan” kimi top-klublar artıq gələcək turnirdə iştirak marağını ifadə ediblər.

Turnirin formatı və strukturu ilə bağlı müzakirələrin 2025-ci ildəki yarış başa çatdıqdan sonra aparılması planlaşdırılır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button