Ukraynalı futbolçunun “Milan”a keçidi baş tutmayacaq

“Arsenal”ın müdafiəçisi Oleksandr Zinçenkonun “Milan”a keçidi demək olar ki, baş tutmayacaq.

“Qırmızı-qaralar” yay transfer dönəmində satılacağı gözlənilən Teo Hernandesin əvəzləyicisini axtarır. Zinçenkonun xidməti “Milan”a təklif edilsə də, transferin reallaşması çox çətin görünür.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ukraynalı futbolçunun “Arsenal”dan aldığı maaş “Milan” üçün həddən artıq yüksək sayılır. Bu, xüsusilə, klubun avrokuboklara vəsiqə qazana bilməməsi fonunda maliyyə imkanlarını ciddi şəkildə məhdudlaşdırıb.

28 yaşlı Zinçenko son mövsümdə “Arsenal”ın heyətində 23 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button