
Marko Rossi: “Azərbaycan millisinin şansları oldu”
Macarıstan yığması bu gün yoxlama oyununda Azərbaycan millisinin qonağı olub.
Komanda.az xəbər verir ki, “Liv Bona Dea Arena”da keçirilən oyundan sonra Macarıstan millisinin baş məşqçisi Marko Rossinin mətbuat konfransı keçirilib. İtaliyalı çalışdırıcı 2:1 hesabı ilə qalib gəldikləri oyunu belə şərh edib:
“Oyunöncəsi rəqibə hörmətlə yanaşırdıq. Hər iki komanda oyunun əvvəlindən sonuna kimi mübarizə apardı. Matça diqtə etmək istəyirdik. Azərbaycan millisinin şansları oldu. Son 10 dəqiqədə yaratdıqları fürsətləri dəyərləndirə bilsəydilər, oyun heç-heçə bitə bilərdi. Kağız üzərində favorit olsaq da, rəqibin çıxışını da qiymətləndirmək lazımdır.
Bəli, yaxşı oynadıq, kifayət qədər fürsətlərimiz oldu. Taktiki cəhətdən də komandamdan razı qaldım. Son 10 dəqiqəni çıxmaq şərti ilə hər şey yaxşı idi. Hər iki qapıçımız yaxşı oynadı, səhvsiz çıxış etdi.
Mahir Emrelini vurğulamaq istəyirdim, maraqlı oyunçudir. Təsadüfü deyil ki, son mövsümdə “Nürnberq”də çıxış edirdi. Digər oyunçuların çıxışını da qiymətləndirməmək olmaz”.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



