
Türkiyə klubunun Sanço arzusu
“Fənərbaxça” yayda heyətini gücləndirmək üçün “Mançester Yunayted”in hücumçusu Ceydon Sançonu transfer etmək niyyətindədir.
Komanda.az xəbər verir ki, bu barədə “Milliyet” nəşri məlumat yayıb.
25 yaşlı Sanço son mövsümü icarə əsasında “Çelsi”də keçirib. Londonlular onu heyətində saxlamaq istəsə də, yüksək maaş tələbi bu transferin baş tutmasına mane olub. Klub onun transferindən imtina etdiyi üçün cərimə olaraq 6 milyon avro ödəyib.
İngiltərəli futbolçunun adı daha əvvəl “Qalatasaray”la da əlaqələndirilmişdi. O, 2024/25 mövsümündə “Çelsi”nin heyətində bütün turnirlərdə ümumilikdə 5 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



