
Fransalı futbolçu “Milan”a keçə bilər
“Marsel”in yarımmüdafiəçisi Adrien Rabio karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Komanda.az xəbər verir ki, bu barədə “Todofichajes” nəşri məlumat yayıb.
30 yaşlı oyunçunun transferi ilə “Milan” ciddi şəkildə maraqlanır. Onun “Marsel”lə müqaviləsinin müddəti 2026-cı ilin iyununun sonuna qədərdir və dəyəri təxminən 25 milyon avrodur.
Fransalı futbolçu son mövsümdə Liqa 1-də 29 oyuna çıxaraq, 9 qol vurub və 4 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



