
Qvardiola: “Matçlarda qalib gəlməyəndə əziyyət çəkmək istəyirəm”
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola qalib gəlmədiyi matçlardan sonra niyə özünü pis hiss etmək istədiyini açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, məğlubiyyətin ona təsir etməsini istədiyini söyləyib:
“Matçlarda qalib gəlməyəndə əziyyət çəkmək istəyirəm. Özümü pis hiss etmək istəyirəm. Pis yatmaq istəyirəm. İşlərim pis gedəndə mənə təsir etməsini istəyirəm… Mən bunu istəyirəm! Əsəbiləşirəm… Yeməyin dadı yoxdur… Çox yeməyə ehtiyacım yoxdur, çünki bu qəzəbi hiss etmək mənim üçün vacibdir. Çünki məndə bu yoxdursa, nə mənası var? Qazanmaq, uduzmaq… Biz bu dünyada fərqli hisslər, fərqli əhval-ruhiyyələr yaşamaq üçün yaşayırıq”.
İspaniyalı mütəxəssis 2016-cı ildən “şəhərlilər”ə rəhbərlik edir. O, bu müddət ərzində komanda ilə 18 kubok qazanıb.
Bizi Facebook-da izləyin



