
İnzaqi rəsmən Səudiyyə Ərəbistanı klubunda
“İnter”dən ayrılan Simone İnzaqi “Əl-Hilal”ın baş məşqçisi təyin edilib.
Komanda az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İtaliyalı mütəxəssis 2027-ci il iyunun 30-na qədər Səudiyyə Ərəbistanı komandasını çalışdıracaq.
49 yaşlı məşqçi “Əl-Hilal”da illik 25 milyon avro maaş alacaq.
İnzaqi “Latsio”, “İnter” komandalarını çalışdırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



