
Reyna İspaniya klubunda
Ötən ay karyererasını başa vuran İspaniya yığmasının sabiq qapıçısı Pepe Reyna “Vilyarreal”la anlaşıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
42 yaşlı keçmiş qolkiper 2025/26 mövsümündən etibarən klubun U-19 komandasının baş məşqçisi olacaq.
Reyna karyerası ərzində “Vilyarreal”la yanaşı, “Liverpul”, “Aston Villa” (hər ikisi İngiltərə), “Bayern” (Almaniya), “Napoli”, “Milan”, “Latsio” (hamısı İtaliya) və “Barselona”nın (İspaniya) formasını da geyinib. O, İspaniya millisnin heyətində 2012-ci ildə Ukrayna və Polşada keçirilən Avropa çempionatının da qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin