
Yamaldan yeni forma nömrəsi haqda açıqlama
“Barselona”nın vingeri Lamin Yamal komandanın “10″ nömrəsini almasına münasibət bildirib.
Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, 17 yaşlı futbolçu yeni nömrəsi ilə bağlı bunları deyib:
“Formamdakı 10 nömrəyə görə təzyiq hiss edəcəm? Qapıya zərbə vuranda hansı nömrə ilə oynadığımı düşünmürəm”.
İspaniyalı futbolçu qarşıdakı mövsümdə “Barselona”da “10” nömrə ilə çıxış edəcək. O, son zamanlara qədər 19 nömrəli formanı geyinirdi.
Yamal 2024/25 mövsümündə “Barsa” forması ilə 55 oyuna çıxıb, 18 qol vurub və 25 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



