
Fabreqas bir şərtlə “İnter”ə keçə bilər
“İnter” yaxın vaxtlarda baş məşqçisini dəyişə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırkı çalışdırıcı Simone İnzaqi ilə Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu maraqlanır və italiyalı mütəxəssisin Yaxın Şərqə keçidi gündəmdədir.
İnzaqinin “İnter”dəki yerini İspaniya millisinin, “Barselona” və “Çelsi”nin keçmiş yarımmüdafiəçisi Sesk Fabreqas tuta bilər. Hazırda “Komo”ya rəhbərlik edən mütəxəssis, məşqçi kimi ilk uğurunu elə bu komanda ilə qazanıb. “Komo” onun rəhbərliyi altında İtaliya çempionatının ilk mövsümündə turnir cədvəlini 10-cu pillədə tamamlayıb.
Fabreqas “İnter” rəhbərliyinə bir şərtlə razılıq verib. Komanda onun oyun üslubuna uyğun şəkildə yenidən qurulacaqsa, o zaman bu vəzifəni qəbul edəcək.
Bizi Facebook-da izləyin