
Azərbaycan boksçuları Türküstanda beynəlxalq turnirdə iştirak edəcəklər
Azərbaycan gənc boksçuları Qazaxıstanın Türküstan şəhərində beynəlxalq turnirdə iştirak edəcəklər.
Bu barədə Komanda.az-a Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Artıq bu gün start götürən yarışda yığmanın heyətində məşqçi İlkin Seyfəddinovun rəhbərliyi altında Hikmət Məmmədov (50 kq), Əli Məmmədov, Zakir Həsənzadə (hər ikisi 55), Vüsal Xəlilov (65 kq), Renat Qiyaslı (75 kq) və Kənan Nəcəfov (+90) gücünü yoxlayacaq.
Turnir iyunun 6-dək davam edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



