Qvardiolanın özbək futbolçunu oynatmamasının “sirr”i açıldı

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola müdafiəçi Abdulkodir Xusanovu 2024/25 mövsümündə nadir hallarda meydana buraxıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, səbəb “şəhərlilər”in Xusanovun əvvəlki klubu “Lans”la imzaladığı transfer müqaviləsindəki xüsusi maddə olub.

Belə ki, müqavilədə Xusanovun 10 və daha çox oyun keçirəcəyi halda “Mançester Siti”nin “Lans”a əlavə 5 milyon avro ödəyəcəyi qeyd olunub. Özbək futbolçu 9 matçda iştirak etdikdən sonra Qvardiola onu ehtiyatda saxlamağa başlayıb.

9 rəsmi oyuna çıxan Xusanov bir qol vurub. Onun hazırkı transfer dəyəri 35 milyon avro qiymətləndirilir. Bu da Özbəkistan futbolu tarixində rekord göstəricidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button