Adı “Əl-Hilal”la hallanan İnzaqi ilə bağlı yeni məlumat

“İnter”in baş məşqçisi Simone İnzaqinin Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu ilə razılığa gəldiyinə dair xəbərlər yayılıb.

UEFA Çempionlar Liqasının finalı ərəfəsində bəzi mənbələr iddia etmişdi ki, italiyalı mütəxəssis artıq “Əl-Hilal”ın təklifini qəbul edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu məlumatların reallıqla heç bir əlaqəsi yoxdur. “Əl-Hilal” doğrudan da “İnter”in çalışdırıcısına maraq göstərir, ancaq İnzaqi final oyunu öncəsi heç kimlə razılaşma imzalamayıb. Hazırda vəziyyət qeyri-müəyyən olaraq qalır.

“İnter”in PSJ ilə bu gün keçirəcəyi final matçı saat 23:00-da başlayacaq. İnzaqi gələcəyi ilə bağlı qərarını bazar ertəsi “İnter” rəhbərliyi ilə müzakirə edəcəyini bildirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button