
Stolüstü tennisçilərdən beynəlxalq turnirdə bürünc medal
Azərbaycanın stolüstü tennisçiləri Onur Quluzadə ilə Yağmur Məmmədli Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “WTT Youth Contender” turnirində fəxri kürsüyə qalxıblar.
Komanda.az xəbər verir ki, milli komandanın üzvləri qarışıq-qoşa yarışında bürünc medal qazanıblar.
Mayın 28-də start verilən yarışa mayın 31-də yekun vurulacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



