“Napoli” tarixinin ən bahalı futbolçusu olmaq mənə yaxşı təsir göstərir”
İtaliyanın “Napoli” klubunun PSV-dən transfer etdiyi İrvinq Lozano yeni komandası ilə bağlı açıqlama verib.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı hücumçu, yeni komandasından və transferindən danışıb:
“Baş məşqçi Karlo Ançelottinin ilk seçimi olduğum üçün xoşbəxtəm. İtaliya futbolu Hollandiyadakından çox fərqlənir. Məncə, burda futbol daha sürətli, daha yaxşı və eyni zamanda, daha çətindir. “Napoli” tarixinin ən bahalı futbolçusu olmaq mənə yaxşı təsir göstərir. Klubun mənim üçün bu qədər ciddi məbləğ ödəməsi məni xoşbəxt etdi. Ançelotti məni Rusiyada keçirilən dünya çempionatında izləmişdi. Onu öz oyunumla razı saldım və bunu bacardığım üçün xoşbəxtəm”.
Neapol təmsilçisi meksikalı futbolçu üçün PSV-yə 40 milyon avro təzminat məbləği ödəyib.
Bizi Facebook-da izləyin