
“Liverpul” fransalı hücumçu üçün danışıqlara başlayıb
“Liverpul” fransalı hücumçu Huqo Ekitikenin transferi uğrunda mübarizəyə qatılıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi Frankfurt “Ayntraxt”ının futbolçusunun keçidi ilə bağlı artıq danışıqlara başlayıb.
“Qırmızılar”ın yeni baş məşqçisi Arne Slot və klubun idman direktoru Maykl Edvards 22 yaşlı forvarda böyük maraq göstərir.
Transfer uğrunda əsas rəqib isə “Çelsi” sayılır. “Ayntraxt” hazırda Ekitike üçün rəsmi təklif almayıb. Klub onun qiymətini 100 milyon avro səviyyəsində müəyyən edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



