İnzaqi ərəblərə “hə” deyib – İldə 25 milyon dollar qazanacaq

“İnter”in baş məşqçisi Simone İnzaqi Səudiyyə Ərəbistanının iddialı klublarından olan “Əl-Hilal”a keçməyə hazırlaşır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya təmsilçisinin 49 yaşlı çalışdırıcısına ildə təxminən 25 milyon dollar məvacib təklif olunur.

İnzaqi artıq bu təklifə ilkin razılığını verib. Rəsmi danışıqlar isə mayın 31-də “İnter”in PSJ ilə oynayacağı UEFA Çempionlar Liqasının final matçından sonra baş tutacaq.

İnzaqi 2021-ci ilin yayından “İnter”in “sükanı arxasında”dır və bu müddət ərzində komanda ilə uğurlu nəticələr əldə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button