
Rafael Ağayev azarkeşləri millinin oyununa səslədi
Tanınmış karateçi Rafael Ağayev qadınlardan ibarət Azərbaycan milli komandasının məşqini izləyib.
Komanda.az xəbər verir ki, ardından milli üzvləri ilə söhbət edən Ağayev UEFA Millətlər Liqasının qrup mərhələsində Litva ilə keçiriləcək oyunda onlara uğurlar arzulayıb.
Azarkeşlərə çağırış edən tanınmış idmançı onları millinin oyununa gələrək komandanı dəstəkləməyə dəvət edib.
Mayın 30-da Bayıl stadionunda keçiriləcək Azərbaycan – Litva görüşü saat 18:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin